SON XƏBƏR

Navalnıya görə Rusiyaya tətbiq olunan sanksiyaların təfərrüatları

Oktyabr 14
21:38 2020
Brüsseldə ən yüksək səviyyədə razılaşdırılmış Avropa Birliyinin sanksiyalar siyahısına əsasən, Rusiya Federasiyası təhlükəsizlik orqanlarının əməkdaşları, həmçinin Dövlət Üzvi Kimya və Texnologiya Tədqiqat İnstitutu (GosNIIOKhT) düşəcək.

Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı DPA agentliyi öz mənbələrinə istinadən yayıb. Bununla belə, sanksiya tətbiq ediləcək şəxslərin adları açıqlanmayıb.

Bundan əvvəl sanksiyaların altı, ya da doqquz rusiyalıya aid olacağı bildirilmişdi. Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü Kristofer Burger sanksiyaların Noviçokun yaradıcılarına təsir edə biləcəyini söyləyib. Sanksiyalar tətbiq ediləcək şəxslərin AB-yə girişi qadağan ediləcək. Onların Avropa ölkələrində maliyyə fəaliyyətlərinə də məhdudiyyət qoyulacaq.

Xatırladaq ki, Rusiyada Navalnı ilə bağlı cinayət işi açılmayıb. Bu, Moskvanın zəhərlənmənin baş verdiyinə dair heç bir sübutunun olmamasıyla əsaslandırılır.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook