SON XƏBƏR

Navalnı haqda çəkilən film "Oskar" aldı

Mart 13
11:12 2023
HBO Max və CNN Films striminq xidmətinin sifarişi ilə və kanadalı rejissor Daniel Roerin rejissorluğu ilə çəkilmiş "Navalnı” sənədli filmi "Oskar” Akademiya Mükafatını alıb.

"AzPolitika.info” xarici mediaya istinadla xəbər verir ki, mərasim bu gün, martın 13-nə keçən gecə Los-Ancelesdə baş tutub.

Mükafatı rejissorla birlikdə Aleksey Navalnının həyat yoldaşı, qızı və oğlu - Yuliya, Daria və Zaxar alıblar. Yuliya Dolbi Teatrının səhnəsində çıxışında "ərim həqiqəti dediyi üçün həbsdədir” deyib.

"Mükafatlandırma mərasimi zamanı direktor siyasətçinin ailəsinə və Bellingcat”ın araşdırmaçıları Xristo Qrozevə və FBK Mariya Pevçixə təşəkkür edib. "Cəsarətinizə görə təşəkkür edirəm. Bütün dünya sizinlədir", - o qeyd edib.

"Navalnı” filmi 2020-ci ilin avqustunda Tomskda siyasətçinin zəhərlənməsi, onun reabilitasiyası və Rusiyaya qayıtmasına hazırlıqdan bəhs edir.

Navalnının özü hazırda uzun müddətdir Vladimir vilayətindəki koloniyalardan birində həbsdədir. Siyasətçi barəsində daha bir neçə cinayət işi açılıb, onlara baxılması potensial olaraq Navalnının cəza müddətini artıra bilər.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook