SON XƏBƏR

NATO: “Türkiyənin yanındayıq”

Mart 19
19:38 2016
NATO İstanbulda baş verən terror aktını pisləyən bəyanat yayıb.
 
Axar.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq müttəfiq ölkənin kədərini bölüşdüklərini deyib: "Bu, günahsız insanları və Türkiyəni hədəfə alan hücumdur. Qurbanların ailələrinə və Türkiyə xalqına başsağlığı verirəm. Bütün NATO müttəfiqləri Türkiyənin yanındadır və terrorun hər növü ilə birlikdə mübarizə aparmağa hazırıq”.
 
Qeyd edək ki, İstanbulun Bəyoğlu rayonunda baş verən terror aktı nəticəsində 5 nəfər ölüb, 36 nəfər isə yaralanıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook