NATO Rumıniyada yeni döyüş qrupunu yerləşdirir
							Fevral 18
									
										01:17
										2022
									
								NATO-nun müdafiə nazirləri Rumıniyada alyansın yeni döyüş qrupunu yerləşdirmək qərarına gəliblər. Bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşünün birinci gününün yekunları üzrə mətbuat konfransında deyib.
"Nazirlər şərq və cənub-şərq hissələrində, xüsusən Rumıniyada yeni döyüş qruplarının yerləşdirilməsi də daxil olmaqla, yeni variantları nəzərdən keçirmək qərarına gəliblər. Fransanın bu qrupa rəhbərlik etmək təşəbbüsünü alqışlayıram", - o deyib.
Gələcək döyüş qruplarının konfiqurasiyası, ölçüsü və vaxtı ilə bağlı suala o, belə cavab verib: "Son qərar hələ verilməsə də, Rumıniya NATO-nun döyüş qrupunu qəbul etməyə hazır olduğunu elan edib, Fransa ona rəhbərlik etməyə hazır olduğunu bəyan edib. Biz bunu müsbət qarşıladıq və indi hərbi qərargahımızın tövsiyələrini gözləyəcəyik”.

				
				
				
				
				
				

