NATO-nun xüsusi nümayəndəsi Gürcüstana gedib
İyun 30
08:22
2021
NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay Gürcüstana səfəri başlayıb.
"Report”un yerli bürosu xəbər verir ki, o, üçgünlük səfər çərçivəsində bir sıra görüşlər keçirəcək.
Alyans rəsmisinin Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir İrakli Qaribaşvili ilə də görüşü planlaşdırılıb.



