SON XƏBƏR

NATO-nun hərbi gəmiləri Egey dənizində keşik çəkəcək

Fevral 12
13:47 2016
NATO-nun hərbi gəmiləri Egey dənizində keşik çəkəcək. Bu barədə Almaniyanın müdafiə naziri Ursula von der Leyen NATO-ya üzv ölkələrin Brüsseldə keçirilən ikigünlük toplantısından sonra bildirib.
 
O,NATO hərbçilərinin yaxın zamanda dənizdə xidmətə başlayacağını qeyd edib. Burada məqsəd miqrantların Egey dənizindən keçməklə Avropaya qanunsuz getməsinin qarşısını almaqdır.
 
NATO-nun baş katibi Yens Stoltenberq isə keçirdiyi mətbuat konfransında bildirib ki, alyansın müdafiə nazirləri Türkiyə-Suriya sərhədinin möhkəmləndirilməsinə dair razılığa gəliblər: "Biz qərara gəldik ki, sərhəddə kəşfiyyat gücləndirilsin”.
 
Qeyd edək ki, Egey dənizində və Türkiyə-Suriya sərhədində mühafizənin gücləndirilməsi ilə bağlı Türkiyə, Almaniya və Yunanıstan NATO-ya müraciət edib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook