NATO-nun Baş katibi Yens Stoltenberq İlham Əliyevə zəng edib
Fevral 15
13:39
2022
Fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Söhbət zamanı NATO-nun Baş katibi ötən ilin dekabrında NATO-ya səfəri və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü ifadə edib.
Dövlətimizin başçısı dəvətə və göstərilən qonaqpərvəliyə görə təşəkkürünü bildirib.
Telefon danışığı əsnasında Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyəti, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb.
NATO-nun Baş katibi Avropanın etibarlı qaz təchizatçı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.
Mənbə: Prezident.az
Qlobal.az



