NATO-nun Baş katibi Türkiyəyə gedəcək
Oktyabr 26
17:20
2022
NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyəyə gedəcək.
"Report” xarici KİV-ə istinadən xəbər verir ki, o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsveç və Finlandiyanın Alyansa üzvlüyünü müzakirə edəcək.
Baş katib Türkiyə, İsveç və Finlandiya ilə sıx təmasda olduğunu bildirib: "Türkiyə, İsveç və Finlandiya ilə üçtərəfli formatda müzakirələr aparmasından şadıq".



