"NATO gəmisi "Burevestnik" sınaqları keçirilən ərazidə olub" - Putin
Noyabr 05
06:07
2025
NATO-nun kəşfiyyat gəmisi 21 oktyabrda "Burevestnik" qanadlı raketinin sınaqları keçirilən ərazidə olub və Rusiya onun fəaliyyətinə maneçilik törətməyib.
"Report"un TASS-a istinadən məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin "Burevestnik" və "Poseydon"u işləyib hazırlayanların təltif olunması mərasimində deyib.
O, "Burevestnik"in uçuş məsafəsinə görə dünyada məlum olan bütün raket sistemlərindən üstün olduğu fikrini ifadə edib.



