NATO ekspertləri Bakıda seminar keçirirlər
Oktyabr 13
21:09
2015
Bakıda NATO-nun Standartlaşdırma ofisinin ekspert qrupu tərəfindən "Standartlaşdırma və uzlaşma” seminarı keçirilir.
Müdafiə Nazirliyinin saytının məlumatına görə, Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən keçirilən ikigünlük seminar çərçivəsində NATO-nun Standartlaşdırma ofisinin direktoru, general-mayor Edvadas Majeikasın (Litva Respublikası) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrində aparılan standartlaşdırma fəaliyyəti ilə tanış olacaq, habelə NATO-da həyata keçirilən standartlaşdırma və uzlaşma siyasəti barədə məlumat verəcək.
Səfər çərçivəsində həmçinin mövcud əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılacaq.