NATO-dan Moskvaya Krım mesajı
Mart 25
12:37
2016
Terrorla mübarizədə Moskva ilə əməkdaşlıq etsək belə Krımla bağlı mövqeyimiz dəyişməyəcək.
Axar.az xəbər verir ki, bu sözləri NATO Baş katibinin müavini Aleksandr Verşbov jurnalistlərə açıqlamasında deyib.
"Rusiya Suriyada daha çox Əsəd rejimini dəstəklədi. Lakin Rusiyanın özü də terror təhlükəsini hiss edir. Bu səbəbdən diplomatik yollarla mövqelərimizin yaxınlaşacağına ümid edirik. Lakin Rusiyanın Krıma qarşı göstərdiyi aqressiv siyasətə qarşı mövqeyimiz heç vaxt dəyişməyəcək. Rusiyanın bu addımına göz yummayacağıq”, - Verşbov bildirib.
Qlobal.az



