SON XƏBƏR

"NATO bazalarının Mərkəzi Asiyada yerləşdirilməsi qəbuledilməzdir" - Lavrov

Mart 31
18:12 2022
"ABŞ və NATO-nun hərbi infrastrukturunun Mərkəzi Asiyada yerləşdirilməsi qəbuledilməzdir".

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Moskva bu cür təşəbbüslərin həyata keçirilməsinin mümkünlüyünə qarşıdır:

"Biz ABŞ və NATO-nun hər hansı hərbi infrastrukturunun və ya onlara xidmət edən əfqanların qonşu dövlətlərin ərazisində, ilk növbədə Mərkəzi Asiyada yerləşdirilməsini qəbuledilməz hesab edirik. Bu cür planlar dövlətlərimizin təhlükəsizlik maraqlarına ziddir və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının nizamnamə sənədlərindən irəli gələn öhdəliklərə ziddir”, - deyə Rusiya XİN rəhbəri bildirib.

Bundan əlavə, Lavrov əfqan qaçqınlarının qonşu ölkələrdə yerləşdirilməsi ilə bağlı müraciətlərə çox ehtiyatla yanaşmalı olduğunu qeyd edərək, konkret ölkə və bütövlükdə regionun təhlükəsizliyi üçün bütün mümkün nəticələri diqqətlə hesablamağa çağırıb: "Çox vaxt, bu cür təşəbbüslər "nəcib humanitar şüarlar”la müşayiət olunsa da, əslində çoxlu problemlər gətirir



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook