SON XƏBƏR

Natəvanın Fransadakı abidəsinə zərər vuruldu - Heykəl Parisə aparıldı (FOTO)

Mart 06
16:25 2024
Xurşidbanu Natəvanın Fransanın Evian-lö Bən şəhərindəki heykəli Parisə gətirilib.

Qaynarinfo xəbər verir ki, heykəl martın 4-də Evian şəhərindən götürülüb, bu gün Azərbaycan Səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinə çatdırılıb.

Heykəlin Mədəniyyət Mərkəzinin bağında ucaldılması ilə bağlı işlər davam etdirilir.

Heykəli götürərkən üzərindəki örtük açılıb. Müəyyən olunub ki, abidənin üzərinə qırmızı boya atılmaqla yanaşı - heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrə qırmızı boya çəkilib - onun özünə də zərər verilib. Belə ki, heykəlin burnu və barmaqları qırılıb.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook