Natali Qule: Azərbaycan və İran liderlərinin görüşü iki ölkə əməkdaşlığında yeni səhifə açacaq
Avqust 08
09:58
2016
Azərbaycan və İran liderlərinin ikitərəfli görüşü iki ölkə əməkdaşlığında yeni səhifə açmağa imkan verəcək. Bunu Trend-ə fransalı senator Natali Qule deyib.
Onun sözlərinə görə, iki ölkə əməkdaşlığında mühüm məsələlərdən biri iqtisadi sahədir.
N. Qulenin fikrincə, bundan başqa İran Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da rol oynaya bilər: "Əlbəttə ki, bu zaman İran Azərbaycanın daxili siyasətinə qarışmamaq niyyətini qoruduğunu nümayiş etdirməlidir".
Qlobal.az



