NASA kosmosdan Yer üzərində qeyri-adi hadisəni qeydə alıb: Nə baş verib?
Yanvar 15
21:46
2026
NASA Beynəlxalq Kosmik Stansiyadan Yer üzərində qeyri-adi atmosfer hadisəsini qeydə alıb. Məlumata görə, bu hadisə 2024-cü ilin sentyabrında ABŞ-ın Florida ştatı sahillərinə çırpılan "Helen” qasırğası ilə əlaqəli olub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Wion” resursu məlumat yayıb.
Materialda bildirilir ki, Beynəlxalq Kosmik Stansiyada quraşdırılmış cihaz Yer atmosferindən təxminən 88 kilometr yüksəklikdə hərəkət edən naməlum hadisəni aşkar edib. NASA Yer səthindən görünməyən, lakin kosmosdan müşahidə edilən bu mənzərə qarşısında təəccübləndiyini qeyd edib.
Alimlər bu müşahidəni atmosfer dalğaları kimi qiymətləndiriblər. Dalğaların Yer səthindən xeyli yüksəklikdə görünməsi güclü hava hadisələrinin təkcə yer səthində dağıntılar yaratmadığını, eyni zamanda atmosferin müxtəlif qatlarına da təsir etdiyini göstərir.
Qeyri-adi hadisə Yer atmosferinin üçüncü qatı sayılan mezosferdə qeydə alınıb. Mezosfer təxminən 50–85 kilometr yüksəklik intervalını əhatə edir.
NASA açıqlamasında bildirib ki, qasırğa o qədər güclü olub ki, havanı çox böyük hündürlüklərdə belə hərəkətə gətirib. Qeyd olunur ki, bu fenomen qərb istiqamətində yayılıb və təsir yalnız fırtına zonasına məhdudlaşmayıb.
Xatırladılır ki, Beynəlxalq kosmik stansiya Yer səthindən təxminən 400 kilometr yüksəklikdə orbitdə hərəkət edir. Burada yerləşdirilən cihazlar adi meteoroloji ölçmələrlə aşkar olunmayan prosesləri qeydə almağa imkan verir.
Bu nə üçün vacibdir?
Alimlər bildirirlər ki, atmosferin seyrək qatlarında baş verən bu cür təsirlərin öyrənilməsi onların mümkün yan təsirlərini və regional nəticələrini qiymətləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, bu amillər birbaşa peyklərin fəaliyyətinə təsir göstərə bilən şəraitlə bağlıdır.
Mütəxəssislərin sözlərinə görə, atmosferin yuxarı qatlarında havanın sıxlığında baş verən hətta cüzi dəyişikliklər belə peyklər üçün problemlər yarada bilər. AWE cihazı bu müşahidələri daha dərindən anlamağa və peyklərin təhlükəsizliyinə təsir edə biləcək risklərin qarşısını almağa kömək edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Wion” resursu məlumat yayıb.
Materialda bildirilir ki, Beynəlxalq Kosmik Stansiyada quraşdırılmış cihaz Yer atmosferindən təxminən 88 kilometr yüksəklikdə hərəkət edən naməlum hadisəni aşkar edib. NASA Yer səthindən görünməyən, lakin kosmosdan müşahidə edilən bu mənzərə qarşısında təəccübləndiyini qeyd edib.
Alimlər bu müşahidəni atmosfer dalğaları kimi qiymətləndiriblər. Dalğaların Yer səthindən xeyli yüksəklikdə görünməsi güclü hava hadisələrinin təkcə yer səthində dağıntılar yaratmadığını, eyni zamanda atmosferin müxtəlif qatlarına da təsir etdiyini göstərir.
Qeyri-adi hadisə Yer atmosferinin üçüncü qatı sayılan mezosferdə qeydə alınıb. Mezosfer təxminən 50–85 kilometr yüksəklik intervalını əhatə edir.
Məlumata görə, atmosfer dalğalarının ölçülməsi üçün nəzərdə tutulmuş AWE adlı cihaz 2023-cü ildə Beynəlxalq kosmik stansiyanın xarici hissəsində quraşdırılıb. Bu cihaz yüksək hündürlüklərdə qazların yaydığı və "atmosfer parıltısı” adlandırılan işığı müşahidə etmək məqsədi daşıyır. "Helen” qasırğasının Florida sahillərinə çatdığı anda AWE Yer üzərindən yüksəkdə dalğaya bənzər naxışlar qeydə alıb.