NASA-dan Kənan Əhmədli – Açıqlaması
Noyabr 01
14:46
2016
NASA azərbaycanlı Kənan Əhmədlinin bu qurumun kataloqunda qeydiyyatda olmadığını açıqlayıb.
Bu barədə NASA-nın İctimiəyyətlə əlaqələr depatamentinin əməkdaşı Sarah Ramsey Azərtac-ın sorğusuna cavab olaraq bildirib.
"Əlavə olaraq qeyd edək ki, NASA ABŞ vətəndaşı olmayan vətəndaşları yalnız o zaman təcrübəçi kimi qəbul edir ki, şəxsin yaşadığı ölkədəki tədqiqat institutu ilə müqaviləmiz olsun. Hazırda bizim Azərbaycanla razılaşmamız yoxdur, buna görə də oradan tərcübəçi qəbul edə bilmərik”, – deyə cavabda bildirilir.
Xatırladaq ki, 20 yaşlı Kənan Əhmədli Xəzər xəbər-ə müsahibəsində ABŞ-ın Milli Aerokosmik Agentliyi olan NASA-da təcrübə keçəcəyini açıqlamışdı.
O, üzərində işlədiyi "Mələk beyni” konsepsiyasının NASA-da yüksək qiymətləndirildiyini iddia etmişdi.
Telekanala açıqlama verən K.Əhmədli ABŞ-a yola düşəcəyini, bir aylıq təcrübə müddətində NASA-da özünü ən yaxşı şəkildə göstərməklə təhsilini orada davam etdirmək niyyətində olduğunu demişdi.