NASA Avropada həyat axtaracaq
Sentyabr 04
09:07
2024
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) 2024-cü ilin oktyabrında Yupiterin peyki Avropaya, onda həyat üçün şəraitin olub-olmadığını müəyyən etmək üçün kosmik gəmi göndərəcək.
Bu barədə "Report” "NASA”nın saytında dərc edilən məlumata istinadən xəbər verir.
Qeyd olunub ki, "Europa Clipper” missiyasının orbitə çıxarılması oktyabrın 10-da ABŞ Kosmik Qüvvələrinin Florida ştatındakı Kanaveral burnunda yerləşən bazasından planlaşdırılır. Buraxılış üçün Amerikanın "SpaceX” şirkətinin "Falcon Heavy” daşıyıcısından istifadə ediləcək.
"NASA” vurğulayıb ki, missiyanın məqsədi elm adamlarına Yupiterin buzla örtülmüş təbii peyklərindən birinin həyatı dəstəkləyə biləcəyini müəyyən etməkdir.