SON XƏBƏR

NASA “Apollo-12” modulunun Aya enişinin tarixi fotosunu yayıb

Noyabr 21
19:01 2015
1969-cu il noyabrında "Apollo-12” kosmik gəmisinin modulunun Aya enməsi prosesinin keyfiyyətli fotoşəkli NASA-nın saytında yerləşdirilib.
 
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, modul 1969-cu il noyabrın 19-da Qrinviç vaxtı ilə saat 6:54:43-də Ptolomey kraterinin kənarından 50 metr, "Surveyor 3” aparatından 200 metr aralıda Ay səthinə enib.
 
Kosmik gəminin kapitanı Çarlz Konrad, komanda modulunun pilotu Riçard Qordon, Ay modulunun pilotu isə Alan Bin olub. Ön planda Ptolomey kraterinin aydın göründüyü fotoşəkil komanda modulundan çəkilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook