“Nar”müəllimlər üçün mobil rabitə təlimi keçib

Aprel 04
15:25
2025
Sərfəli xidmətləri ilə yanaşı, sosial layihələrə də xüsusi önəm verən "Nar” Dövlət Peşə Agentliyi və "Sustainera Solutions” şirkətiylə
birgə Peşə Təhsili üzrə Müəssisələrin müəllimləri üçün mobil rabitə
avadanlıqlarına dair xüsusi təlim keçirib. İki gün davam edən bu təlim müəllimlərin müasir
telekommunikasiya texnologiyaları barədə biliklərini artırmağa və bu sahədə
praktiki bacarıqlar qazanmalarına imkan yaradıb.
Təlimin
ilk günündə iştirakçılar rabitə avadanlıqlarının texniki əsasları barədə nəzəri
biliklər əldə ediblər. İkinci gün isə mobil operatorun əsas
şəbəkə və radio şəbəkə avadanlıqları ilə vizual tanış
olub, praktiki
məşğələlər keçiblər. "Nar”ın texniki heyəti tərəfindən
hazırlanan bu təlim proqramında 10 müəllim iştirak edib və onlar mobil rabitə
sistemlərinin quruluşu, şəbəkə infrastrukturu və iş prinsipləri kimi mövzular
üzrə biliklərə yiyələniblər.
"Nar”
bu təşəbbüs çərçivəsində ölkədə texniki peşə təhsilinin inkişafına töhfə
verməyi və rabitə sahəsində çalışan mütəxəssislərin yetişdirilməsinə dəstək
olmağı hədəfləyir. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələr
haqqında buradan məlumat əldə edə
bilərsiniz.
Qlobal.az


