SON XƏBƏR

Narkoloji Dispanserdə bıçaqlanma olub

Aprel 19
10:16 2023
Bakıdakı Respublika Narkoloji Dispanserdə bıçaqlanma hadisəsi olub.

Hadisə dispanserin mətbəx otağında baş verib. Burada nahar edərkən məhkəmə qərarları əsasında məcburi müalicə alan 37 yaşlı Əzizov Seymur Bəxtiyar oğlu heç bir əsaslı səbəb olmadan 44 yaşlı Məhərrəmov Əziz Fərzulla oğluna arxa tərəfdən yaxınlaşaraq qəflətən qarınına 1 ədəd, daha sonra qol və ayaq nahiyələrindən bıçaq xəsarəti yetirib.

Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. //Lent.az//


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook