“Nar”ın “Çoox Şanslı” lotereyasının ilk avtomobil qalibi sükan arxasında!
Oktyabr 29
21:03
2025
Sərfəli mobil operator "Nar” "Çoox Şanslı” lotereyası çərçivəsində
ilk avtomobil sahibi – Zaur Quliyevi təbrik edib və
ona "Haval H6 Ultra” avtomobilini təhvil verib.
Eyni zamanda, son tirajda daha üç
"Nar” abunəçisi – Ülkər İbrahimova, Mövsüm Məmmədov və Xədicə Əliyeva "Xiaomi Redmi Note 14 Pro” smartfonunu udub.
Xatırladaq ki, "Çoox Şanslı” lotereyası ilin sonuna qədər
davam edəcək. Bu müddət ərzində "Nar” abunəçiləri hər gün "Xiaomi Redmi Note 14
Pro”, hər həftə "Haval H6 Ultra” və finalda "Li L9 Ultra” avtomobili kimi möhtəşəm
hədiyyələr qazanmaq şansı əldə edirlər. Qaliblər tam təsadüfi seçimlə müəyyən
olunur və canlı yayımda elan edilir.
Qeyd edək ki, "Çoox Şanslı” lotereyasında iştirak etmək üçün
"Nar” abunəçiləri sadəcə balanslarını artıra və ya şans qazandıran şanslı paketlərdən birini aktivləşdirə
bilərlər. Belə ki, 1 AZN-lik şanslı paketə daxil olan 3 şans və 15 şəbəkədaxili
danışıq dəqiqəsini *71#YES;
2 AZN-lik şanslı paketə daxil olan 7 şans və 35 şəbəkədaxili danışıq dəqiqəsini
*72#YES; 3 AZN-lik şanslı paketə daxil olan 12 şans və 55 şəbəkədaxili danışıq
dəqiqəsini isə *73#YES nömrəsini yığaraq aktivləşdirmək mümkündür. Hər balans
artımı və ya paket aktivləşdirməsi abunəçiyə əlavə şans qazandırır və qalib
olmaq ehtimalını artırır.
Abunəçilər topladıqları şansların sayını və iştirak
statuslarını "Nar+” tətbiqi və nar.az veb səhifəsindəki
xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilərlər.
Daha ətraflı məlumat üçün: lotereya.nar.az/
Qlobal.az



