“Nar”ın dəstəyi ilə hazırlanan Jest dili tətbiqi tezliklə istifadəyə veriləcək

May 19
18:47
2025
Sərfəli mobil operator "Nar”ın,
həmçinin bp və tərəfdaşlarının dəstəyi, ADA Universiteti və ADA Universiteti
Fondunun təşkilatçılığı ilə jest dili üzrə mobil tətbiqin hazırlanması
istiqamətində işlər planlı şəkildə davam etdirilir. Layihənin son rübündə mühüm
mərhələyə – məzmunun yaradılmasından tətbiqə inteqrasiya və test prosesinə
keçid edilib. Bu təşəbbüs inklüzivliyi təşviq edərək eşitmə və nitq
məhdudiyyəti olan şəxslərin digər insanlarla ünsiyyətini asanlaşdırır və
onların jest dilini tamamilə ödənişsiz və müəllimə ehtiyac olmadan öyrənməsinə
imkan yaradır.
Yaxın zamanda yekunlaşacaq layihə
çərçivəsində "Karlara Dəstək” İctimai Birliyinin dəstəyi ilə hazırlanan tədris
məzmunu test mühitinə inteqrasiya edilib, server və verilənlər bazası üzrə
işlər demək olar ki, tamamlanıb, AWS platformasında yerləşdirmə prosesi icra
olunub. Eyni zamanda, tətbiqin əsas funksiyaları test üçün hazır vəziyyətə
gətirilib, UI/UX dizayn elementləri yekunlaşdırılıb. İlkin mərhələdə
planlaşdırılandan daha çox söz və tədris səhifəsi hazırlanaraq hədəfə doğru
davamlı irəliləyiş təmin olunub.
Qeyd edək ki, jest dili üzrə bu mobil tətbiqin hazırlanması layihəsinə "Nar”ın
da qoşulması onun inklüziv cəmiyyətin qurulmasına yönəlmiş fəaliyyətindən irəli
gəlir.
Layihə bu sahədə başladığımız işlərin davamı olaraq, ölkədə işarət
dilinin tədrisi və əlilliyi olan şəxslərin informasiya əlçatanlığına dəstək
məqsədi daşıyır.
Qlobal.az