“Nar”ın dəstəyi ilə Azərbaycan əlifbası və Azərbaycan dili günündə natiqlik çempionatının qalibləri mükafatlandırıldı
Avqust 01
21:15
2024
Ana dilimizin inkişafına
töhfə vermək məqsədilə 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili
günündə "Nar”ın dəstəyi ilə təşkil edilən "Diksiya Akademiyası”nın "Ana dilində
hekayəni danış” natiqlik çempionatının final mərhələsi uğurla yekunlaşıb.
Qeyd edək ki, "Ana
dilində hekayəni danış” natiqlik çempionatı dörd ildir, təşkil edilir və bu
vaxta qədər müsabiqəyə 250-dən çox iştirakçı qatılıb. "Nar” ana dilimizin inkişafına
təkan verən müxtəlif layihələrlə yanaşı, son iki ildir, natiqlik çempionatının
keçirilməsinə də öz dəstəyini göstərir. Mobil operatorun korporativ sosial
məsuliyyət sahəsində gerçəkləşdirdiyi layihələr haqqında ətraflı məlumatı nar.az
səhifəsindən əldə edə bilərsiniz.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Çempionatın
final mərhələsinə vəsiqə qazanan 11 iştirakçı qalib gəlmək üçün səhnədə 5
dəqiqəlik çıxışlarını təqdim ediblər. "Ana dilində hekayəni danış"
natiqlik çempionatının qalibi öz xüsusi nitq istedadı ilə fərqlənən Zinyət Əliyeva olub, layihədə 2-ci yerin sahibi
Murad Yunusov, 3-cü yerin sahibi isə Davud Muxtarov seçilərək "Nar” tərəfindən
xüsusi hədiyyələrlə mükafatlandırılıblar.
"Nar”ın Korporativ Ünsiyyət
və İctimaiyyətlə Əlaqələr departamentinin direktoru Hökümə Kərimova müsabiqə
qaliblərini təbrik edərək belə bildirib: "Nar” olaraq, Azərbaycan dilinin
qorunması və inkişafı bizim üçün böyük əhəmiyyət kəsb edir. Dilimiz milli
kimliyimizin, mədəniyyətimizin və tarixi irsimizin əsas bir hissəsidir.
Azərbaycan dilindəki zəngin söz ehtiyatı və ifadə imkanları, onun nə qədər
dərin və çoxşaxəli olduğunu göstərir. "Ana dilində hekayəni danış” natiqlik
çempionatına verdiyimiz dəstək, bu məqsədin həyata keçirilməsinin bir
nümunəsidir.
Düzgün və təsirli dil
istifadəsi yalnız şəxsi ünsiyyətdə deyil, həm də professional iş mühitində çox
əhəmiyyətlidir. Effektiv kommunikasiya bacarıqları, iş dünyasında qarşılıqlı
anlaşmanı artırır və peşəkarlığı möhkəmləndirir. Bu cür tədbirlərdə iştirak
etməklə, iştirakçılar yalnız dil bacarıqlarını inkişaf etdirməklə qalmır, həm də gələcəkdə iş həyatında uğur qazanmaq
üçün lazım olan bacarıqları inkişaf etdirirlər”.
Hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərən "Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Qlobal.az