SON XƏBƏR

Nardaranda silahı olan 30 nəfərin siyahısı var

Dekabr 03
01:44 2015
Nardaranda silahı olan 30 nəfər siyahıya alınıb.
 
Bunu musavat.com-un Nardaranda olan reportyoruna kənd sakinləri deyiblər. Əldə etdiyimiz məlumata görə, siyahıda olanların evlərinə baxış keçirilib. Lakin silahların tapılıb-tapılmaması haqda məlumat yoxdur. Əməliyyat barədə rəsmi məlumat da verilmir. Daxili Qoşunlar kənddə qərargah qurub. Kəndin giriş və çıxışları polislər tərəfindən nəzarətdə saxlanılır. Kənd ağsaqqalı Natiq Kərimov da musavat.com-a açıqlamasında belə bir siyahının olduğunu təsdiqləyib. Hazırda kənddə xeyli sayda şəxs saxlanılıb. Onların bəzilərinin evindən silah tapıldığı deyilir. Xatırladaq ki, dekabrın 1-də Nardaranda Daxili Qoşunlar, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi birgə əməliyyat keçirib. İki gündür kəndə giriş-çıxış məhdudlaşdırılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook