Nardaranda həyat əvvəlki axarına qayıdır
Noyabr 30
09:41
2015
Nardaranda həyat əvvəlki axarına qayıdır.
Trend-in məlumatına görə, günorta saatlarında Nardaran sakinlərin iştiraki ilə "Hüseyniyyə" məscidində keçirilən müzakirələrin sonunda meydanın boşaltmağa, evlərə qayıtmağa qərar verilib.
Hazırda meydanda heç kəs qalmayıb. Meydanda qurulan çadırlar sökülüb, ərazi daş-kəsəkdən, dəmir parçalarından təmizlənib. Qəsəbənin ətrafında qurulmuş daş səddlər sökülüb. Artıq qəsəbənin içi ilə avtomobilərin hərəkəti bərpa edilib.
Xatırladaq ki, 2015-ci il noyabrın 26-da Daxili İşlər Nazirliyi tərəfindən Bakı şəhərinin Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirilib. Əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərilərək avtomat silahlardan atəş açılıb, əl qumbarası atılıb. Hücum edənlərin davamlı atəşinə cavab olaraq xüsusi əməliyyat qrupu tərəfindən xidməti silahdan istifadə edilməklə cinayətkar dəstənin 4 üzvü məhv edilib, daha bir neçə nəfəri yaralanıb.
Əməliyyatın keçirildiyi ərazidə, silahlı cinayətkar dəstənin tərəfdarlarının çoxalmasına baxmayaraq, polis işçiləri öz xidməti vəzifələrini sonadək mərdliklə yerinə yetirib, 2 əməkdaş qəhrəmancasına həlak olub.
Hadisə yerindən maddi sübut kimi xeyli sayda avtomat silah, əl qumbarası, soyuq silahlar və s. götürülüb. Cinayətkar dəstənin, Taleh Bağırov başda olmaqla, 14 üzvü saxlanılaraq istintaqa təqdim edilib.
Fakt üzrə Azərbaycan Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.



