Nardaranda avtomobildən 6 “molotov kokteyli” aşkarlanıb
Yanvar 28
11:49
2016
Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi və Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları birgə əməliyyat keçirib.
"Report” xəbər verir ki, əməliyyat zamanı Bakı şəhər sakini, 30 yaşlı Elgün Hüseynov Kürdaxanı qəsəbəsi, yeni yaşayış massivində saxlanılıb.
Onun üzərindən 7 ədəd 9 mm patron götürülüb.
E.Hüseynova məxsus "VAZ- 21014” markalı avtomobil Nardaran qəsəbəsi Ş.Tuti küçəsi 71-də aşkarlanıb.
Avtomobilə baxış zamanı 6 ədəd kustar üsulla hazırlanmış "molotov kokteyli” aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Qlobal.az



