“Nar”dan ikinci avtomobil uduldu - həyəcan artır!
Noyabr 06
13:54
2025
Sərfəli mobil operator "Nar”ın
"Çoox Şanslı” lotereyası çərçivəsində keçirilən növbəti avtomobil tirajı sevinc
dolu anlarla yadda qalıb. Beləliklə, ikinci "Haval H6 Ultra” avtomobilinin
sahibi artıq bəlli olub. "Nar” qalib – İsrayıl
Məmmədovu təbrik edərək ona avtomobilin açarını təqdim edib. Bundan əlavə,
"Xiaomi Redmi Note 14 Pro” smartfonlarını qazanan "Nar” abunəçiləri – Ziya
Salayev, Ülvi Nağıyev və Nərminə Məmmədova hədiyyələrini
böyük sevinclə qəbul ediblər.
Qaliblər tam təsadüfi seçimlə müəyyən olunub və nəticələr
canlı yayımda elan edilib. Qeyd edək ki, "Çoox Şanslı”
lotereyası ilin sonuna qədər davam edəcək. Bu müddət ərzində "Nar” abunəçiləri
hər gün "Xiaomi Redmi Note 14 Pro”, hər həftə "Haval H6 Ultra” və finalda "Li
L9 Ultra” avtomobili kimi möhtəşəm hədiyyələr qazanmaq imkanı əldə edirlər.
Xatırladaq ki, "Çoox Şanslı” lotereyasında iştirak etmək üçün
"Nar” abunəçiləri sadəcə balanslarını artıra və ya şans qazandıran şanslı paketlərdən birini aktivləşdirə
bilərlər. Belə ki, 1 AZN-lik şanslı paketə daxil olan 3 şans və 15 şəbəkədaxili
danışıq dəqiqəsini *71#YES;
2 AZN-lik şanslı paketə daxil olan 7 şans və 35 şəbəkədaxili danışıq dəqiqəsini
*72#YES; 3 AZN-lik şanslı paketə daxil olan 12 şans və 55 şəbəkədaxili danışıq
dəqiqəsini isə *73#YES nömrəsini yığaraq aktivləşdirmək mümkündür. Hər balans
artımı və ya paket aktivləşdirməsi abunəçiyə əlavə şans qazandırır və qalib
olmaq ehtimalını artırır.
Abunəçilər topladıqları şansların sayını və iştirak
statuslarını "Nar+” tətbiqi və nar.az veb səhifəsindəki
xüsusi lotereya bölməsindən rahatlıqla izləyə bilərlər.
Daha ətraflı məlumat üçün: lotereya.nar.az/
Qlobal.az



