“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu
Avqust 22
22:14
2024
Sərfəli qiymətləri və müştərilərə uyğun təklifləri ilə
tanınan operator "Nar” özünün korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində
"YAŞAT” Fondunun yeniyetmələr üçün təşkil etdiyi düşərgəsinə dəstək oldu.
Naxçıvan Muxtar Respublikası ərazisində baş tutan düşərgəyə
Azərbaycan və Türkiyədən 15-17 yaş arası, 50-dək yeniyetmə şəhid övladları dəvət
edilib. Layihənin məqsədi ölkələrimizin ərazi bütövlüyü uğrunda həyatından keçən
şəhidlərimizin əmanəti sayılan övladlarına mənalı və öyrədici istirahət imkanı
yaratmaq və onları ölkəmizin tarixi məkanları və füsunkar təbiəti ilə tanış etməkdir.
21-24 avqust tarixlərini əhatə edən layihə çərçivəsində
Əlincə qalasının və Batabat gölünün ziyarəti, həmçinin Naxçıvan qalasına, Əcəmi
seyrangahına, o cümlədən, Möminə Xatun türbəsinə ekskursiyası nəzərdə tutulur.
"Nar”ın KSM strategiyası və həyata keçirdiyi sosial
layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.
"Nar”
hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir.
"Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil
operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli
qiymət qarşılığında üstün xidmət təqdim edir.
Qlobal.az