“Nar” Şirvanda yeni satış və xidmət şəbəkəsini təqdim etdi!
![](https://qlobal.az/photo/680x365/2024-12/1734353480_esas-sekil-637x400.jpg?1734402473)
Dekabr 16
16:53
2024
Azərbaycanın bütün bölgələrində sərfəli
və keyfiyyətli rabitə xidmətlərini genişləndirməyə davam edən "Nar” üstün müştəri
təcrübəsinə əsaslanan növbəti Nar mağazasını istifadəyə verdi.
Şirvan şəhərində, Xaqani küçəsi
19-da yerləşən yeni "Nar” mağazası genişliyi, müasir interyeri və rahat müştəri
xidməti sahəsi ilə seçilir. Mağazada müştəri xidmətləri ilə yanaşı, müxtəlif smartfon
və aksessuarların satışı həyata keçirilir. Şirvan
şəhərinin sakinləri, mağazanın açılışı haqqında SMS vasitəsilə məlumatlandırılıb.
Acılış mərasiminə qatılan "Nar”ın Baş icraçı direktoru
Qunnar Panke qeyd edib ki, 80 mindən çox əhalisi olan Şirvan şəhərinə xidmət göstərəcək
yeni mağaza "Nar”ın bölgələrə olan diqqətinin nümunəsidir.
Sizə ən yaxın
"Nar” mağazasını nar.az saytından
seçə bilərsiniz.
Qlobal.az
![](https://qlobal.az/file/pic/xeber/2024-12/1734353480_esas-sekil-637x400.jpg)
![](https://qlobal.az/file/pic/xeber/2024-12/1734353460_photo-800x600-4.jpg)
![](https://qlobal.az/file/pic/xeber/2024-12/1734353499_photo-637x400-5.jpg)
![](https://qlobal.az/file/pic/xeber/2024-12/1734353520_photo-637x400-3.jpg)
![](https://qlobal.az/file/pic/xeber/2024-12/1734353472_photo-637x400-2.jpg)
![](https://qlobal.az/file/pic/xeber/2024-12/1734353504_photo-637x400-4.jpg)