Nar” şəhid ailələrinə və yaralananlara dəstək məqsədilə Naxçıvanın İnkişaf Fonduna 250 000 AZN ianə etdi
Mart 20
19:12
2022
"Nar” Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralanmış və şəhid olmuş şəxslərin ailələrinin təminatına dəstək məqsədilə, Naxçıvan Muxtar Respublikasında yaradılmış Naxçıvanın İnkişaf Fonduna 250 min AZN ianə edib. Məqsəd, müharibə zamanı yaralanmış hərbi qulluqçuların və şəhid ailələrinin sosial müdafiəsi sahəsində muxtar respublikada həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsidir.
"Nar” Novruz bayramı münasibətilə qalib Azərbaycan xalqını təbrik edir. Bu bayram ərəfəsində 44 günlük Vətən müharibəsi nəticəsində yaralanmış və şəhid olmuş şəxslərin ailələrinə dəstək olmağı özümüzün mənəvi borcu bilirik. Məqsədimiz, yalanmış və şəhid olmuş şəxslərin ailələrinin sosial müdafiəsi proqramlarına dəstək olmaqla yanaşı, həmin ailələrin qayğı ilə əhatələnməsinə xidmət etməkdir”, – deyə "Azerfon”un Baş icraçı direktoru Qunnar Panke deyib.
Xatırladaq ki, "Nar” 44 günlük Vətən müharibəsi zamanı zərər çəkmiş və şəhid olmuş şəxslərin ailələrinə dəstək məqsədilə müxtəlif layihələr həyata keçirib və bundan sonra da bu istiqamətdə layihələr icra etməkdə davam edəcək.
Qlobal.az