“Nar” şagirdlər arasında oxu mədəniyyətini təşviq edir
Noyabr 14
17:13
2025
Sərfəli xidmətləri və regionlara diqqəti ilə seçilən
mobil operator "Nar” bu dəfə Azərbaycanın cənub bölgəsində sosial məsuliyyət layihəsi
həyata keçirdi. Belə ki, "Nar”ın dəstəyi ilə Salyan rayonunun İsfəndiyar Həsənov
adına Sarvan kənd tam orta məktəbində "Kitab dostu” guşəsi yaradılıb.
"Nar” "Kitab dostu” guşəsinə şagirdlərin mütaliə
bacarıqlarını inkişaf etdirəcək 100-dən çox kitab hədiyyə edib. Seçilmiş kitablar
məktəblilərin həm təhsil uğurları, həm də şəxsi inkişafları üçün xüsusi əhəmiyyət
daşıyır.
Qeyd edək ki, "Kitab dostu” guşəsini ziyarət etmək
məqsədilə mobil operatorun nümayəndələri Sarvan kənd məktəbinin qonağı olublar,
məktəbin müəllim heyətinin təşkil etdiyi tədbirdə iştirak edərək istedadlı
şagirlərin ifasında vətənpərvərlik mövzusunda tamaşalar izləyiblər.
Bu təşəbbüs "Nar”ın
Salyan şəhərində yeni mağazasının açılışı ilə yanaşı həyata keçirilib və şirkətin
hər bir regional genişlənməni faydalı sosial layihələrlə müşayiət etmək ənənəsinin
növbəti örnəyidir.
Qlobal.az







