“Nar” QHT-lərlə KSM sahəsində əməkdaşlığın gücləndirilməsinə dəstək verir
Dekabr 02
15:18
2025
Sərfəli mobil operator "Nar” "Özəl sektorun KSM siyasətində
QHT-lərin iştirakı: təcrübə və yanaşmalar” adlı konfransda korporativ sosial məsuliyyət
(KSM) sahəsində milli təcrübənin inkişafı və şirkətlərlə QHT-lər arasında əməkdaşlıq
imkanlarının müzakirəsində iştirak edib.
Tədbir Azərbaycan
Milli QHT Forumu və "Prioritet” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi tərəfindən,
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil edilib.
Üç gün davam edən tədbirdə aparıcı şirkətlər, banklar, biznes
assosiasiyaları və müxtəlif sahələr üzrə ixtisaslaşmış QHT nümayəndələri
iştirak ediblər. Çıxışlar zamanı KSM-in sadəcə sosial aksiyalar deyil, biznes
idarəetməsinin strateji hissəsi olduğu vurğulanıb. Tədbir çərçivəsində təşkil
edilən konfransda "Nar”ın İctimaiyyətlə əlaqələr və korporativ ünsiyyət departamentinin
direktoru Hökumə Kərimova şirkətin KSM yanaşması, QHT-lərlə əməkdaşlıq
mexanizmləri və layihələrin monitorinqi ilə bağlı təqdimatla çıxış edərək gələcək
əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüb.
Qeyd edək ki, "Nar” KSM fəaliyyətini uzunmüddətli sosial dəyər
yaratmağa yönəlik strateji istiqamət kimi inkişaf etdirir. Mobil operator
inklüzivlik, təhsilin inkişafı, milli-mədəni irs və vətənpərvərlik sahəsində davamlı layihələrə dəstək
verir, regionlarda sosial təşəbbüslərin genişləndirilməsinə xüsusi önəm göstərir.
Şirkət QHT-lərlə əməkdaşlığı sosial layihələrin daha səmərəli həyata keçirilməsi
üçün mühüm tərəfdaşlıq modeli kimi dəyərləndirir.
Qlobal.az








