“Nar” “Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan etdi!

Oktyabr 22
11:30
2025
Sərfəli mobil operator "Nar” ilsonunda abunəçilərinə sevinc bəxş edən "Çoox Şanslı” lotereyasının ilk qaliblərini elan edib. "Nar” abunəçiləri – Sadiq Sadıqov və Hikmət Hümbətov hər gün oynanılan lotereyada qalib gələrək "Xiaomi Redmi Note 14 Pro” smartfonunun sahibi olublar.
Xatırladaq ki, "Çoox Şanslı” lotereyasında iştirak etmək üçün "Nar” abunəçiləri sadəcə balanslarını artıra və şans qazandıran "Şanslı” paketlərindən birini aktivləşdirə bilər. Belə ki, 1 AZN-lik "Şanslı” paketinə daxil olan 3 şans və 15 şəbəkədaxili danışıq dəqiqəsini *71#YES;
2 AZN-lik "Şanslı” paketinə daxil olan 7 şans və 35 şəbəkədaxili danışıq dəqiqəsini *72#YES; 3 AZN-lik "Şanslı” paketinə daxil olan 12 şans və 55 şəbəkədaxili danışıq dəqiqəsini isə *73#YES nömrəsini yığaraq aktivləşdirmək mümkündür. Hər balans artımı və ya paket aktivləşdirməsi abunəçiyə əlavə şans qazandırır və qalib olmaq ehtimalını artırır.
Daha ətraflı məlumat üçün: lotereya.nar.az/
Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən "Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında "Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksəkkeyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.
Qlobal.az

