“Nar” nüfuzlu beynəlxalq mükafata layiq görüldü
Avqust 17
11:54
2022
"Nar” "Stevie® Awards” beynəlxalq biznes mükafatına layiq görülüb. Mobil operator bu il müştəri məmnuniyyəti nominasiyası üzrə "Stevie®” mükafatına layiq görülən yeganə Azərbaycan şirkəti oldu. "Nar”ın son üç il ərzində Müştəri Loyallığı İndeksi üzrə (Net Promoter Score) Azərbaycan mobil rabitə bazarındakı liderliyi və eləcə də, çoxfunksiyalı "Nar+” tətbiqi mükafatın münsifləri tərəfindən xüsusi vurğulanıb.
Qeyd edək ki, "Stevie® Awards” 2002-ci ildə ABŞ-da təsis olunub, məqsədi dünya üzrə biznes sahəsində fəaliyyət göstərən şirkətlərin və şəxslərin nailiyyətlərini mükafatlandırmaq və müsbət örnək kimi tanıtmaqdır.
2019, 2020 və 2021-ci illərdə keçirilən müstəqil araşdırmalar nəticəsində ardıcıl olaraq müştərilərin yüksək loyallığını qazanan "Nar” Azərbaycanda müştəri yönümlü biznes siyasəti, sərfəli qiymətləri ilə tanınır.
"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Qlobal.Az