“Nar” nitq və eşitmə məhdudiyyətli şəxslər üçün yeni peşə təliminə başladı

Aprel 17
11:45
2025
Sərfəlilik strategiyası ilə yanaşı, inklüzivlik
və bərabər imkanların təşviqi istiqamətində fəaliyyətini davam etdirən "Nar”
"Karlara Dəstək” İctimai Birliyi ilə birgə nitq və eşitmə məhdudiyyətli şəxslər
üçün modelyer-dizayner peşəsi üzrə ikinci peşəkar təlim mərhələsinə start
verib. Bu dəfə təlimlərdə 18-35 yaş aralığında 10 nəfər iştirak edir.
Təlim proqramı iştirakçıların
yaradıcılıq bacarıqlarını inkişaf etdirməklə yanaşı, onların əmək bazarına
inteqrasiyasına və müstəqil fəaliyyət imkanlarının genişlənməsinə dəstək olmağı
hədəfləyir. İştirakçılar modelyer-dizayner sahəsində praktik vərdişlər – parça
seçimi, eskizlərin hazırlanması və tikiş prosesləri ilə yanaşı, nəzəri biliklər
də əldə edəcəklər. Bu təlimlər onların gələcəkdə ixtisaslaşmış sahədə uğur
qazanmaları üçün möhkəm baza yaradır.
Cəmiyyətdə bərabər imkanların
yaradılmasını əsas məqsədlərindən biri kimi görən "Nar” inklüzivlik, təhsil və
sosial dəstək istiqamətində layihələrə töhfəsini davam etdirir. Nitq və eşitmə
məhdudiyyətli şəxslərin cəmiyyətə uyğunlaşmasını asanlaşdıran sosial
təşəbbüslər isə "Nar” üçün önəmli istiqamətlərdən biridir.
Qlobal.az







