SON XƏBƏR

“Nar” "Karabakh is Azerbaijan" beynəlxalq onlayn şahmat seriyasına dəstək olub

Fevral 10
14:38 2021
Gənclərin intellektual inkişafına hər zaman xüsusi önəm verən "Nar” chess.az saytının "Karabakh is Azerbaijan" beynəlxalq onlayn şahmat seriyasına dəstək olub. Seriya 8 turnirdən və böyük finaldan ibarətdir. Turnirlərin hər biri Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş rayonların adını daşıyır.

Qlobal.az xəbər verir ki, martın 14-də baş tutacaq böyük finalda 8 turnirin nəticələrinə görə, 10 ən güclü şahmatçı mübarizə aparacaq. Qalib gələcək şahmatçılar "Nar” tərəfindən dəyərli hədiyyələrlə mükafatlandırılacaq. Seriya lichess.org şahmat platforması üzərindən keçirilir. Qeyd edək ki, koronavirus infeksiyası ilə əlaqədar olaraq ölkədə karantin rejiminin davam etməsi səbəbindən şahmat yarışları onlayn keçirilir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook