“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir
Dekabr 03
17:22
2025
İnklüzivliyə dəstəyi ilə seçilən "Nar” 3 dekabr – Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününü qeyd
edir. Bu günə xüsusi önəm verən "Nar” cəmiyyətdə müxtəliflik, bərabərlik və inklüzivliyə dəstək
missiyasını davam etdirir. Mobil
operator 2025-ci ildə 10-a yaxın inklüziv sosial layihə həyata keçirib və bu təşəbbüslər
vasitəsilə 500-dən çox şəxsi əhatə edib.
Gerçəkləşdirilən layihələr
çərçivəsində iştirakçılar müxtəlif təlimlərə, sosial məşğələlərə, incəsənət və
intellektual yönümlü fəaliyyətlərə cəlb olunub. İl ərzində keçirilən bütün fəaliyyətlər
fiziki və emosional rifahın yaxşılaşdırılmasına, yeni sosial əlaqələrin
formalaşmasına və inklüziv düşüncənin gücləndirilməsinə töhfə verib.
Öz abunəçiləri üçün də
inklüziv mühitin yaradılması məqsədilə "Nar” ön ofis əməkdaşlarına jest dili
üzrə təlim keçərək eşitmə məhdudiyyətli şəxslərə jest dilində xidmət göstərilməsini
təmin edib. Bununla yanaşı, "Nar” ölkədə ilk dəfə jest dili mobil tətbiqinin ərsəyə
gəlməsinə və nitq məhdudiyyəti olan şəxslər üçün ölkədə ilk dəfə intellektual
oyun formatının təşkilinə də töhfə verib. Bu təşəbbüslər həm həssas, həm də
qeyri-həssas qruplar arasında daha səmimi ünsiyyətin qurulmasına və cəmiyyətdə
inklüzivlik haqqında məlumatlılığın artmasına mühüm dəstək olub.
Qeyd edilən fəaliyyətlərin
davamı olaraq, "Nar” 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə növbəti maarifləndirici
video çarxın hazırlanmasına da dəstək verib. DanceAbility Azərbaycan ilə birgə ərsəyə
gətirilən video əlilliyi olan şəxslərlə gündəlik həyatda düzgün yanaşmanı
nümayiş etdirir və bəzən bilmədən edilən yanlış davranışların qarşısını almağa
kömək edən mesajlar çatdırır. Çarx həmçinin onların cəmiyyətin aktiv həyatında
iştirak imkanlarına diqqət çəkir.
Qlobal.az








