“Nar” ilin ən uğurlu abituriyentlərini mükafatlandırdı

Sentyabr 08
23:27
2025
Ölkənin sərfəli
mobil operatoru mövqeyini qoruyan "Nar” uzunmüddətli sosial layihələrə dəstəyini
davam etdirir. Belə ki, mobil operator 2024-2025-ci tədris ilində ali məktəblərə
qəbul imtahanlarında ən yüksək nəticə göstərən on abituriyenti xüsusi hədiyyələrlə
təltif edib. Modern.az İnformasiya Agentliyinin dəstəyi ilə keçirilən bu layihə
çərçivəsində tələbə adını qazananlara operatordan qızıl nömrə, 700 AZN balans və
müasir smartfonlar hədiyyə edilib.
"Nar”ın baş icraçı direktoru Qunnar Panke tədbirdə çıxış edərək gəncləri təbrik edib, onlara gələcəkdə uğurlar arzulayıb: "Bu nailiyyətiniz yalnız universitet qapılarını deyil, yeni imkanları və düşüncə üfüqlərinizi də açır. "Nar” olaraq, biz inanırıq ki, təhsilə dəstək ölkənin gələcəyinə edilən ən dəyərli investisiyadır”.
"Nar”ın 10 ilə yaxındır, ənənəvi olaraq, davam etdirdiyi bu təşəbbüs
mobil operatorun təhsilə verdiyi önəmini bir daha sübut edir. "Nar”ın dəstəyi ilə təhsilin inkişafına yönəlmiş sosial
layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Qlobal.az















