SON XƏBƏR

"Nar” “Bilik günü”-də Füzuli və Tərtərdəki məktəblərə dəstək olub

Sentyabr 15
16:38 2023
"Nar” birinci sinfə başlayan şagirdləri "Bilik günü” münasibətilə təbrik etmək üçün Füzuli və Tərtərə səfər edib. Mobil operator ümumilikdə 6 məktəbin bütün "birincilərinə” yeni dərs ili üçün ləvazimatlar, o cümlədən məktəb çantaları hədiyyə edib.

Bu barədə şirkət məlumat yayıb.

"Nar” artıq bir neçə ildir ki, korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində Azərbaycanın bölgələrində təhsil alan şagirdlərin məktəb həyatına ilk addımlarını dəstəkləyir. "Nar”ın KSM istiqamətində həyata keçirdiyi digər lahiyələrlə nar.az/projects səhifəsində tanış ola bilərsiniz.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook