“Nar” 8 Martı xanım jurnalistlərlə birgə qeyd edib

Mart 07
20:28
2025
"Nar” 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə xanım jurnalistlər üçün xüsusi bir tədbir təşkil edib. Media
nümayəndələri üçün təşkil olunan gil sənətkarlığı master-klassında iştirakçılar
öz baxışlarını sənətə çevirməklə fərqli sənət əsərləri hazırlayıblar.
Tədbirin məqsədi jurnalistlər üçün yaradıcı bir mühit yaratmaq, onları gündəlik iş rejimindən ayıraraq sənətin və incəsənətin ilhamverici gücündən faydalanmalarına şərait yaratmaq olub. "Nar” bu təşəbbüslə media nümayəndələrinin yaradıcı potensialını dəstəkləməklə yanaşı, eyni zamanda onların bu xüsusi gününü özünəməxsus bir tərzdə təbrik edib.
"Nar” hər zaman medianın inkişafına töhfə verməyə, jurnalistlərin peşəkar fəaliyyətini dəstəkləməyə önəm verir və bu istiqamətdə müxtəlif təşəbbüsləri davam etdirir. Mobil operatorun həyata keçirdiyi bütün sosial layihələr haqqında nar.az saytından ətraflı məlumat əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli
rabitə xidmətləri göstərən "Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə
ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına
sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Qlobal.az