SON XƏBƏR

Nailə Vəlixanlının “Amerika kəşf etməsi“nin arxasında nə dayanır?

Fevral 19
13:23 2024
Mədəniyyət nazirliyinin tabeliyində fəaliyyət göstərən bəzi idarə və müəssisə rəhbərləri Adil Kərimliyə müxtəlif cür təzyiq edərək islahata qarşı çıxır.
 
Bu barədə AzFakt.com saytının əldə etdiyi məlumatda bildirilir.
 
Məlumatda Adil Kərimlinin Mədəniyyət nazirliyində əsaslı dönüş edə bilməməsi bununla əsaslandırılır: "Uzun illərdir Mədəniyyət nazirliyinin strukturlarında rəhbər vəzifələrdə çalışan şəxslər əlaqələrindən, yüksək vəzifələrdə çalışan adamlarından istifadə edərək nazirin kadr islahatlarına təsir edirlər. Bu məmurların arasında elələri var ki, 20 ildir eyni qurumda rəhbər vəzifədədir. Müasir idarəetmədən heç bir anlayışı olmayan bu şəxslər uzun illərdir kök saldıqları kresloları təhvil vermək istəmirlər. Ən acınacaqlı məqam budur ki, özlərini "əvəzedilməz" hesab edən bu məmurlar daha çox muzey sahəsindədir".
 
Mənbə qeyd edir ki, Əbülfəz Qarayev dönəmində kef eləməyə alışmış bəzi muzey və teatr direktorları hətta açıq formada nazirliyin yeni siyasətini tənqid edirlər.
 
"Dövlətin mədəniyyətinin, tarixinin şah damarı olan muzeylərdə vəziyyət çox acınacaqlıdır. Muzey sistemində uzun illərdir şəbəkələşmiş bir sistem var. Bu sistem hazırda birləşərək nazirliyin yaratmaq istədiyi müasir idarəetmə sisteminə qarşı çıxır. Hətta uzun illərdir ortalıqda görünməyən, özlərini kölgəyə vermiş elə muzey, teatr rəhbərləri var ki, son zamanlar aktivləşiblər. Müxtəlif tv-lərə, mətbuat orqanlarına çıxaraq açıqlamalar, müsahibələr verirlər. Bununla da o şəxslər cəmiyyətdə işgüzar rəhbər imici yaradaraq Adil Kərimlinin onların fəaliyyəti barədə atacağı addımları neytrallaşdırmaq istəyirlər"-deyə, qeyd edilir.
 
Məlumatda son zamanlar mediada aktivləşən muzey direktorlarından birinin də Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, tarix üzrə elmlər doktoru, akademik Nailə Vəlixanlı olduğu deyilir.

"Nailə Vəlixanlı uzun illərdir Milli Azərbaycan Tarixi Muzeyinin direktorudur. Bu muzeydə nə iş görülür heç kim bilmir. Nə ciddi bir sərgi var, nə bir layihə. Eyni çərçivələrə A4 fotoşəkili yapışdırıb "sərgi" adı ilə təqdim edirlər. Bu işin müqabilində isə büdcədən pullr xərclənir. Nailə Vəlixanlı bu yaxın zamanda mediaya açıqlama verərək Azərbaycan eksponatlarının dünya muzeylərində İran, ya da Şərq adı ilə nümayiş edildiyini bildirmişdi. Adi oxucu bəlkə də bu açıqlamanı sensasiya hesab etdi, amma mədəniyyət cameəsində əksər adamlar bu fikrin plagiat olduğunu bilirlər. Əbəs deyil ki, Əməkdar mədəniyyət işçisi, sənətşünas Ziyadxan Əliyev mətbuata açıqlama verərək Nailə Vəlixanlının Amerika kəşf etmədiyini, bu fikirin xalçaçı-rəssam Lətif Kərimova aid olduğunu vurğulayaraq onun işgüzar rəhbər imicini dağıtdı".
 
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanda fəaliyyət göstərən muzeylərin milli sərvətlərin və abidələrin standartlara uyğun komplektləşdirilməsi, öyrənilməsi, düzgün mühafizəsi, təbliğinin düzgün qurulması və optimal idarəetmə sisteminin tətbiqi məqsədi ilə vahid mərkəzdə birləşdiriləcəyi barədə məlumatlar yayılıb.
 
Məlumata görə yeni yaradılacaq qurumun tabeliyinə ilkin olaraq Milli Azərbaycan Tarixi Muzeyi və Azərbaycan Milli İncəsənət Muzeyi veriləcəyi deyilir.

Qlobal.az


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook