Naftalanın icra başçısı qazılması nəzərdə turulan yeni subartezian quyusunun yerinə baxış keçirib
Dekabr 26
22:01
2019
Son illər ölkəmizdə əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı çoxsaylı Sərəncamlara əsasən istər paytaxt Bakıda, istərsə də respublikanın digər regionlarında əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi sahəsində irimiqyaslı işlərin görülməsi bunun bariz nümunəsidir.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov şəhərin Qasımbəyli kəndində əhalinin suvarma və texniki suya olan tələbatını ödəmək məqsədi ilə 2020-ci ildə qazılması nəzərdə tutulan yeni subartezian quyusunun yerinə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin məsul əməkdaşları Rauf Teyyubov, Fazil Pənahov və digərlərinin iştirakı ilə baxış keçirib.
Qlobal.az







