SON XƏBƏR

Naftalanda Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyi tərəfindən tədbir keçirilib

Sentyabr 21
14:16 2016
Bu gün Naftalan şəhərində "Biznesin əsasları, təşkili və idarə edilməsi”, "Naftalan şəhərində kurortların inkişaf perspektivləri” və "İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər” mövzularında dəyirmi masa keçirilmişdir.
   
Tədbir İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil edilmişdir.
 
"Biznesin əsasları, təşkili və idarə edilməsi”, "Naftalan şəhərində kurortların inkişafı”, "Biznes və insan hüquqları" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında təşkil edilən dəyirmi masada biznes ideyanın yaradılması və biznes planların tərtib edilməsi, kurort işçilərinin peşə səviyyəsinin yüksəldilməsi, kurort infrastrukturunun inkişaf etdirilməsi, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə iştirakçılara geniş məlumat verilidi
    
Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook