SON XƏBƏR

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhid ailəsi ilə görüşüb

Yanvar 04
12:57 2020
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı şəhid ailəsi ilə görüşüb.

Hər zaman şəhidlərimizə, onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərən şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhid ailəsi Zülfümar Nuriyeva ilə görüşüb.
 
Qlobal.az xəbər verir ki, Şəhər İcra Hakimiyyətinin başçısı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə şəhid ailəsini təbrik edib. İcra başçısı şəhid ailəsinin arzu və istəklərini dinləyib, problemləri ilə yaxından maraqlanıb. Zülfümar Nuriyevanı diqqətlə dinləyən şəhər rəhbəri müraciətlərinin həlli üçün müvafiq tapşırıqlarını verib.

Qəbul zamanı şəhid ailəsinə şəhər İcra Hakimiyyəti tərəfindən bayram sovqatı təqdim edilib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook