SON XƏBƏR

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhid ailəsini ziyarət edib - FOTO

Dekabr 24
19:35 2019
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov şəhid qardaşlar Mehman və Vaqif Bayramovların ailəsini evində ziyarət edərək qarşıdan gələn Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edib.   

İcra başçısı şəhid ailəsi ilə söhbətində bildirmişdir ki, şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur.

Görüşün sonunda şəhid ailəsinə bayram sovqatı təqdim olunub. Şəhidin valideynləri  şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə - cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin  minnətdarlığını bildiriblər.
     
Şəhidin atası Dilqəm Bayramov şəhər rəhbərinin onlarla görüşməsini, təbrik etməsini şəhid ailələrinə olan qayğının ən bariz nümunəsi kimi qiymətləndirib.
 
Qlobal.az 
 

 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook