Nadir Nəsibov Qarabağ qazisini öldürən biznesmenin oğlunu işdən çıxardı - FOTOFAKT
Dekabr 23
01:26
2020
Keçmiş Dövlət Əmlak Komitəsinin sədri Nadir Nəsibov biznesmen oğlu Mirzə Bəşirovu vəzifəsindən uzaqlaşdırıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, bir müddət Basketbol Federasiyasının rəyasət heyəti üzvlüyünə qəbul edilən Mirzə Bəşirovun adı həmin siyahıdan silinib.
Nəzərinizə çatdıraq ki, bir müddət əvvəl M.Bəşirova federasiyada vəzifə verilməsi ilə bağlı xəbər vermişdik.
Xatırladaq ki, biznesmen oğlu Mirzə Bəşirov ötən ilin iyul ayında idarə etdiyi "Silverado” markalı minik avtomobili ilə piyada yolu keçən Qarabağ qazisi Azər Məmmədovun ölümünə səbəb olmuşdu. Mətbuatda gedən məlumata görə, Mirzə Bəşirov həmin hadisədən sonra həbs olunmayıb.
Qəza zamanı KVN-nin aktyoru Emil Abbasovun da M.Bəşirovun avtomobilində olduğu qeyd edilmişdi.

Qeyd edək ki, M.Bəşirov və atası Bəşirov İlqar Karlen oğlu bizneslə məşğul olurlar.
Qlobal.az