Nabatəli Qulamoğlunun dilçiliklə bağlı daha bir kitabı işıq üzü gördü
Dekabr 15
15:51
2023
Təhsil eksperti, dilçi Nabatəli Qulamoğlunun dilçiliklə bağlı yeni kitabı nəşr olunub.
"Durğu işarələrindən istifadənin mürəkkəb məqamları" adlanan bu monoqrafiya Dilçilik İnstitutu Elmi Şurasının qərarı əsasında çapa tövsiyə edilib.
Kitabda tanınmış yazıçı və publisistlərin əsərlərindən nümunələr götürülüb və təhlil edilib.
Bu kitab Nabatəli Qulamoğlunun durğu işarələrinə aid 5-ci monoqrafiyasıdır.
Bundan əvvəl müəllifin "Müasir Azərbaycan dilinin bəzi aktual problemləri", "Müasir Azərbaycan dili punktuasiyasının bəzi problemləri”, "Müasir Azərbaycan dilinin normativ punktuasiyası", "Durğu işarələrindən istifadənin xüsusi halları" adlı kitabları nəşr olunub.