Mövlud Çavuşoğlu: “Suriya böhranının kökündə dini diskriminasiya durur”
Noyabr 01
11:05
2015
Suriyada ekstremizmin güclənməsi dini əlamət üzrə diskriminasiyaya əsaslanan siyasətdən qaynaqlanır.
Qlobalinfo.az-ın məlumatına görə, bu barədə Türkiyənin keçmiş xarici işlər naziri, hakim AKP-nin sədr müavini Mövlud Çavuşoğlu 1 noyabr seçkiləri öncəsi çıxışında bildirib.
"Bu siyasətdən qurtulmaq lazımdır. Türkiyənin Suriyada sülh və sabitlikdən başqa məqsədi yoxdur. Ona görə də Suriyanın ərazi bütövlüyünün, dünyəvi institutlarının müdafiəsi, dini diskriminasiya siyasətindən imtina – odlquca vacibdir” – deyib Çavuşoğlu.
Onun sözlərinə görə, Ankara öz mövqeyini səmimi şəkildə Moskvaya çatdırıb və Rusiyanın Əsəd rejimi ilə əməkdaşlığının, onun sünni-şiə dini qarşıdurmasına cəlb edilməsinin təhlükəli olduğunu qeyd edib.
Bəşər Əsəd Suriyadakı İrana yaxın ələvi dini azlığın nümayəndəsi hesab olunur.



