SON XƏBƏR

Mövlud Çavuşoğlu NATO ölkələrinə çağırış edib

Noyabr 29
15:21 2022
"Ukraynadakı müharibə nəticəsində yaranan qida və enerji böhranı zəif nöqtələrimizi göstərdi”.

"Report” xəbər verir ki, bunu Türkiyənn xarici işlər naziri Mövlud Çavuşoğlu noyabrın 29-da NATO Xarici İşlər Nazirləri Şurasının Rumıniyanın paytaxtı Buxarestdə keçirilən iclasında deyib.

O bildirib ki, təhdidlərə kollektiv formada reaksiya verilməlidir: "Müttəfiqlər, həmçinin terrorla mübarizədə Türkiyənin yanında olmalıdır”.
M.Çavuşoğlunun sözlərinə görə, Türkiyə Ukraynanı dəstəkləməyə davam edir: "Ədalətli sülhə nail olmağa çalışırıq. "Taxıl sazişi", əsir mübadiləsi, həmçinin tərəflərin görüşünə ev sahibliyi etməyimiz təşəbbüslərimizin təzahürüdür".




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook