Mövlam Şıxəliyevi MTN-də onun işçisi olmuş hakim mühakimə edir
Oktyabr 26
09:23
2021
Oktyabrın 26-da Bakı Hərbi Məhkəməsində Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şixəliyev və digərilərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək. Müttəhimlər kürsüsünə Mövlam Şıxəliyevlə yanaşı MTN-in şöbə rəisi vəzifəsində işləmiş Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov və şöbə rəisinin müavini postunu tutmuş Sahib Ələkbərov çıxarılıblar. İttihama görə, Mövlam Şixəliyev mütəşəkkil cinayatkar dəstə halında 14 milyon 292 min manat, 5 milyon 77 min manat məbləğində isə özgə əmlakını hədə-qorxu ilə ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxş tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham irəli sürülüb. Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilsələr də, ibtidai istintaq dövründə həbs olunmayıblar.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan hazırlıq iclasına mütəşəkkil cinayətkar quldur dəstənin əməllərindən zərər çəkən 32 Azərbaycan Respublikasının vətəndaşı qatılıb. Qanunsuz həbslərdən sonra dünyasını dəyişmiş, yataq xəstəsinə çevrilmiş 4 nəfər zərərçəkmişi isə iclasda nümayəndələri təmsil edib.
Hakim Elbəy Allahverdiyev hazırlıq iclasında jurnalistlərin iştirakına qətiyyətlə icazə verməyib. Sözdə açıq elan edilən məhkəmə iclası faktiki olaraq qapalı - gizli şəkildə keçirilib. Bir neçə saat davam edən hazırlıq iclasında zərərçəkənlər hakim Elbəy Allahverdiyevin Mövlam Şıxəliyevə və onun dəstə üzvlərinə xüsusi simpatiya ilə yanaşdığını sezdiklərini deyiblər.
Redaksiyamıza daxil olan məlumata görə, Elbəy Allahverdiyevin Mövlam Şıxəliyevə xüsusilə nəzakətlə müraciət etməsi onun bioqrafiyası ilə bağlıdır. Belə ki, vaxtilə Respublika Hərbi Prokurorluğunda müstəntiq vəzifəsi daşımış Elbəy Allahverdiyev həmin zamanlarda Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsinə ezam olunub. Orada yaradılan istintaq briqadasında uzun müddət çalışıb. Həmin illərdə Mövlam Şıxəliyev də MTN-in İstintaq İdarəsində yüksək vəzifədə olub, sonradan idarə rəisi vəzifəsinə təyinat alıb. O zamanlarda Elbəy Allahverdiyev birbaşa Mövlam Şıxəliyevin rəhbərliyi altında çalışıb və münasibətləri yaranıb. Mövlam Şıxəliyev o günlərdən Elbəy Allahverdiyevin müəlliminə çevrilib. 2015-ci ildə MTN-də Mövlam Şıxəliyevin də daxil olduğu mütəşəkkil cinayətkar quldur dəstəyə qarşı əməliyyat keçirildiyi günlərdə Elbəy Allahverdiyev artıq Tərtər Hərbi Məhkəməsinin hakimi vəzifəsində olub. 1 il sonra, 2016-cı ildə Bakı Hərbi Məhkəməsinə keçirilib. Amma onun Mövlam Şıxəliyevə münasibəti dəyişməyib. Belə bir bioqrafiyaya malik birinin Mövlam Şıxəliyev və onunla birgə mühakimə olunanların işi üzrə ədalətli hökm çıxaracağı bəri başdan şübhə altındadır. Hazırlıq iclasından hakim Elbəy Allahverdiyev Mövlam Şıxəliyevi "müəllim” deyə çağırır. Halbuki Cinayət Prosessual Məcəllə ilə proses iştirakçılarının hər birinin statusu müəyyən olunub. Hakim, təqsirləndirilən şəxs, zərərçəkən şəxs, şahid və digər statuslar var. Məcəllədə "müəllim” statusu yoxdur.
Elbəy Allahverdiyev
Zərərçəkənlər qeyd edir ki, Elbəy Allahverdiyevin dilindən "müəllim” sözü düşmür və bu yanaşması bəri başdan onun iş üzrə mövqeyini müəyyən edir.
Yada salaq ki, Eldar Mahmudovun başçılığı ilə qurulan, Mövlam Şıxəliyevin rəhbərliyində olduğu mütəşəkkil cinayətkar quldur dəstə 2015-ci ilin oktyabrında ifşa olunub. Bundan sonra Mövlam Şıxəliyev istintaqa cəlb edilsə də, həbsə alınmamışdı. 2021-ci ilin fevralında isə onu istintaqa dəvət edib qandalladılar. Xatırladaq ki, 2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 22 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri - MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı Bakı İstintaq Təcridxanasında asılmış vəziyyətdə aşkarlanıb. Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərovun hər biri tək mühakimə olunub. Mirəziz Əsgərova 3 il cəza verilib. MTN generalı Akif Çovdarov isə nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb.
Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilə qədər iş kəsilib. Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum edilib. Nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov 14 il, Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev 12 il, MTN-in digər vəzifəli şəxsləri - Füzuli Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Digər təqsirləndirilənlər Əməliyyat-Texniki İdarənin rəisi, general-mayor Natəvan Mirvətova 5 il, onun idarəsinin əməkdaşı Fərhad Atayevə 3 il, Elşad Əzizova 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.
"Yeni Müsavat”